Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-08-2025 , 09:43

1422

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Özünüzü yığışdırın, ayıbdır!!! CİDDİ

Bu gün bələdiyyə sisteminin nüfuzunun lazimi səviyyədə olmamasının bir səbəbi də bəzi bələdiyyə sədrlərinin yerində olmamasıdır. Söhbət ondan gedir ki, sədr həm də icra aparatının rəhbəridir, yəni sayından asılı olmayaraq bələdiyyə qulluqçularının fəaliyyətini tənzimləyir, bələdiyyənin başlıca vəzifəsi kimi vətəndaş məmnunluğunun təmin edilməsinə həm də məsuliyyət daşıyır.

Bu gün  hansı səbəbdən  bələdiyyə sədri xanımların oturduğu otaga səsyazan kamera quraşdırmaq niyyətində olur, digər tərəfdən bütün qulluqçulardan işdən çıxmaq üçün ərizə tələb edir, habelə bələdiyyə qulluqçuları arasında “intriqa” yaratmağa səy göstərməklə yanaşı, həm də siyasi rəhbərə xoş getmək üçün  vaxt tapıb ərazidə “söküntü”  işləri həyata keçirir. Hələ bu azmış kim qonşu bələdiyyənin ərazisində də bu işləri həyata keçirməkdən sanki zövq alır. Sən bələdiyyə sədrisən, ya “RJU” işçisi və yaxud “Jek” müdiri.

Bu gün heç o sahədə çalışanlar bu addımı atmırlar. Nə qədər səviyyəsiz olasan ki, gedib qonşu bələdiyyənin ərazisində  vaxtını “söküntü” aparmaqla keçirəsən. Adını soruşanda başqa ad deyəsən. Ayıbdır, vallah.

Sədrin tapşırıgı ilə qonşu bələdiyyənin ərazisində vergi yığıb aradan çıxanları gördük, əlində süpürgə küçə süpürən sədri də gördük, ancaq işini gücünü atıb siyasi rəhbərə xoş getmək üçün qonşu bələdiyyənin ərazisində qanunsuz tikintilərin söküntüsü ilə məşğul olan sədri birinci dəfə idi ki, həm eşidir, həm də görürdük.

Təkrar edirəm, ayıbdır. Bu şərəfsiz addımınızla digər 684 sədri urvatsız etməyin. Özünüzü yığışdırın, öz işinizlə məşğul olun. Seçkili orqanın rəhbəri olaraq heç olmasa oturduğunuz kresloya hörmət edin.

P.S. Növbəti dəfə adbaad yazılacaq və əldə etdiyim görüntülər paylaşılacaq. Konkret. 

Vüqar Tofiqli 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
359

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
728

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
705

Qaradağ RİH-də vakant yerlərin sayı yeddiyə çatıb

Gündəlik Xəbərlər
03-11-2025
578

Daha bir icra hakimiyyətində əməliyyat keçirilib

Gündəlik Xəbərlər
02-11-2025
799

Bələdiyyələrin fəaliyyətinə problem yaradanların... 

Gündəlik Xəbərlər
30-10-2025
703